Ermənistan müxalifəti İrəvanın əsas küçələrini bağlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan müxalifəti İrəvanın əsas küçələrini bağlayıb

11:24 - 04 / 05 / 2022
Ermənistan müxalifəti İrəvanın əsas küçələrini bağlayıb

Ermənistanın paytaxtı İrəvanda vətəndaş itaətsizliyi ilə müşayiət olunan etiraz aksiyaları davam edir.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müxalifət tərəfdarları səhər saatlarında şəhərin bir çox körpü və yollarını bağlayıb.

Belə ki, aksiya iştirakçıları İrəvanın “Kiyev” körpüsünü betonqarışdıran maşınlarla bağlayıb.

Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub. Onlar yolu açmağa cəhd göstəriblər. Bundan başqa, Baqramyan prospekti və Orbeli küçəsi də bağlı qalır.

Etirazçılar “Nikolsuz Ermənistan” şüarı səsləndirirlər.

1news.az

Paylaş:
687

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər