Füzuli Peşə Liseyi tikiləcək | 1news.az | Xəbərlər
Rəsmi

Füzuli Peşə Liseyi tikiləcək

14:19 - 20 / 05 / 2022
Füzuli Peşə Liseyi tikiləcək

Prezident İlham Əliyev Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, Füzuli Peşə Liseyinin binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1news.az

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər