Finlandiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Finlandiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

15:18 - 27 / 05 / 2022
Finlandiya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1news.az

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər