Zakir Quliyev: Taxtakörpü su anbarı istifadəyə verildikdən sonra demək olar ki, əhalimizin içməli suda olan problemi hiss olunmadı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Quliyev: Taxtakörpü su anbarı istifadəyə verildikdən sonra demək olar ki, əhalimizin içməli suda olan problemi hiss olunmadı - FOTO

Qafar Ağayev14:40 - 03 / 06 / 2022
Zakir Quliyev: Taxtakörpü su anbarı istifadəyə verildikdən sonra demək olar ki, əhalimizin içməli suda olan problemi hiss olunmadı - FOTO

“Taxtakörpü su anbarı ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir” .

1news.az xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda Su təsərrüfatı meliorasiya işçiləri günü münasibətilə keçirilən mediaturda jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu obyekt ölkəmizin şimal zonasını su təminatı ilə yanaşı, Sumqayıt, Bakı şəhərləri və Abşeron rayonunun içməli suya olan tələbatının ödənilməsində önəmli rol oynayır. “Taxtakörpü su anbarının təməlqoyma mərasimi cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci ildə həyata keçirilib. 2013-cü ildə Taxtakörpü Su anbarı istifadəyə verilib. Bu anbar ona görə strateji obyektdir ki, Taxtakörpü su anbarının əsas su mənbəyi Samur çayıdır. Son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda Samur çayında su axını ilbəil azalır.

Ona görə də biz bu obyektlə ölkəmizin içməli suya olan tələbatını, etibarlı su təminatının həyata keçirilməsi təmin etmiş olmuşuq. Bu, möhtərəm cənab Prezidentimizin iradəsi ilə həyata keçirilib. Anbar istifadəyə verildikdən sonra demək olar ki, əhalimizin içməli suda olan problemi hiss olunmadı. Əgər Taxtakörpü su anbarı istifadəyə verilməsəydi, mən bu gün açıq deyə bilərəm ki, bu gün insanlar evlərinə qablarla su apara bilərdi. Qabaqlayıcı tədbir olaraq cənab Prezidentin tapşırığı ilə bu anbarın tikilib istifadəyə verilməsi su qıtlığı probleminin qarşısını aldı və vaxtından qabaq tədbirlər həyata keçirildi”.

O bildirib ki, Taxtakörpü su anbarı Azərbaycanın Şimal zonasınının çaylarından da qidalanır.

“Belə ki, Qudyalçay, Vəlvəlçay, Qusarçay, Caqacuqçay və s. digər çaylardan qidalanır. Taxtakörpü su anbarının ümumi su tutumu 268 milyon kubmetrdir, bəndinin hündürlüyü 135 metrdən yuxarıdır, bəndin uzunluğu isə 1180 metrdi. İndiyədək anbara toplanan suyun həcmi 3 milyard 254 milyon kubmetr olub. Bu suyun 3 milyard 50 milyonu Ceyranbatan su anbarına nəql olunub. Anbarın unikallığı ondan ibarətdir ki, bura həm daxil olan, həm də nəql olunan su öz axımı həyata keçirilir". “Anbarın istifadəyə verilməsi ilə yanaşı, eyni zamanda şimal regionunda 50 min hektardan yuxarı torpaq sahəsi buradan suvarılır. Onlardan 30 min hektarı yeni əkin sahələrdir” - deyə, Z. Quliyev əlavə edib.

FOTO: Nadir İbrahimli

Paylaş:
791

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər