Sağlam uzunömürlülük üçün faydalı yağlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sağlam uzunömürlülük üçün faydalı yağlar

Qafar Ağayev12:11 - 01 / 07 / 2022
Sağlam uzunömürlülük üçün faydalı yağlar

Onilliklər ərzində bizə ət, pendir, kərə yağı və digər süd məhsullarında olan doymuş yağların çəki artımına və ürək-damar xəstəliklərinə töhfə verdiyi deyilib.

Az yağlı pəhrizlər çox populyar idi, tərkibində az yağ olan qidalara isə təlabat böyük olub. Bununla belə, son elmi araşdırmalar köhnəlmiş elmi məlumatları təkzib edir və cəmiyyətdə qidanın tərkibindəki yağlara qarşı münasibət getdikcə dəyişir.

“İnsan orqanizmində ən vacib üç makroqidalandırıcı zülallar, yağlar və karbohidratlardır. Bədənimiz zülalı enerji mənbəyi hesab etmir, lakin yağlar və karbohidratlar bu rol üçün daim bir-biri ilə rəqabət aparır,” deyə Herbalife Nutrition-ın qidalanma üzrə eksperti Emil Hidayətli bildirir. "Pəhrizdə yağların nisbətini azaltdıqda, bədənimiz əsas enerji mənbəyi kimi karbohidratlardan asılı olur ki, bu da təkcə çəki artımına deyil, həm də əhval dəyişikliyinə və sağlamlıq problemlərinə səbəb ola bilər."

Yağlar dörd növə bölünür:

1. Doymuş yağlar (keyfiyyətli kərə yağı, qaymaq, xama, bekon, donuz əti, salo),

2. Trans yağlar (marqarinlər, sənaye üsulu ilə hazırlanmış mayonez və ketçap, popkorn, kartof çipsi, yarımfabrikatlar),

3. Doymamış yağlar (“Omeqa” növündən olan yağlı turşular). Onlar iki yerə bölünür — monodoymamış yağlar (Omeqa-9) və polidoymamış yağlar (Omeqa-3 və Omeqa-6).

Doymamış yağlar insan orqanizminin normal işləməsi, saç və dırnaqların gözəlliyi, mükəmməl sağlamlıq üçün lazımdır. Omeqa-9 monodoymamış yağların əsas mənbəyi zeytun yağıdır. Bu məhsul YUNESKO-nun mədəni irsinə daxil edilmiş və effektivliyi bu regionda yaşayan xalqların çoxəsrlik tarixi ilə sübut edilmiş Aralıq dənizi pəhrizinin əsasını təşkil edir.

Zeytun yağı kardioprotektiv (ürək-damar sistemini qoruyan) xüsusiyyətlərə malikdir: bədəndə zərərli xolesterinin səviyyəsini azaldır. Amerika Kardiologiya Assosiasiyası gündə iki xörək qaşığı soyuq sıxma zeytun yağı qəbul etməyi tövsiyə edir və bu yaxınlarda aparılan "Aralıq dənizi pəhrizi ilə ürək-damar xəstəliklərinin ilkin mərhələdə qarşısının alınması" adlı araşdırmanın nəticələri gündəlik zeytun yağı qəbulunu 4 xörək qaşığına qədər artırmağı tövsiyə edir.

“Bu gün Azərbaycanın hər yerində, xüsusən də Bakıda yerli istehsal olan zeytun yağının getdikcə daha çox çeşidinə rast gəlmək olar. Bu məhsulu ailənizin gündəlik rasionuna daxil etməyi tövsiyə edirəm,” Emil Hidayətli qeyd edir. "Fosfolipidlər adlanan yağlar və ya yağ strukturları stress hormonu kortizol, cinsi hormonlar qrupu və beyin fəaliyyətini stimullaşdıran və sinir sistemini dəstəkləyən D3 vitamini də daxil olmaqla, mühüm adrenal hormonların əvəzolunmaz mənbəyidir."

Monodoymamış yağ turşularından fərqli olaraq, insan orqanizmi polidoymamış yağ turşuları istehsal etmir, buna görə də tərkibinə bu tip yağlar daxil olan qidaları pəhrizinizə daxil etmək çox vacibdir. Omeqa-3-ə (linolenik və linoleik turşular) qozda, dəniz balıqlarında, cod balığının qaraciyərində rast gəlinir, lakin onların əsas mənbəyi soyuq sıxılmış bitki yağlarıdır, xüsusilə kətan toxumu, çia toxumu və qozdur.

“Tərkibində Omeqa-3 olan bitki yağları iltihab əleyhinə güclü təsirə malikdir,” Emil Hidayətli bildirir. “Lakin onlar işıqda oksidləşdiyindən uzun müddət saxlanıla bilməzlər. Yağı az miqdarda almağı məsləhət görürəm ki, onu bir neçə həftə ərzində istifadə edə biləsiniz, belə ki, bu zərif məhsulun hətta bir ay boyunca saxlanılması belə çox uzun ola bilər.”

Omeqa-6 yağ turşuları da orqanizm üçün vacibdir, lakin Omeqa-3 yağ turşularından fərqli olaraq, onların böyük miqdarda qəbulu iltihabi proseslərdə zərərli ola bilər, qanın zəif laxtalanmasına və əsəb pozğunluqlarına (stress, depressiya) gətirib çıxara bilər. Omeqa-6 qida mənbələrinin yayılma arealını nəzərə alsaq, oqranizmin yağlara olan gündəlik tələbatı tam ödənilir, buna görə də onları qida əlavəsi olaraq qəbul etməyə ehtiyac yoxdur. Xəstəliklərin qarşısını almaq və müalicənin effektivliyini artırmaq məqsədilə isə Omeqa-6-dan fərqli olaraq Omeqa-3 nisbətini artırmaq tövsiyə olunur.

“Yağlar sağlam insanın gündəlik qida rasionunun ayrılmaz hissəsidir, lakin qidalar bizi onlarla heç də həmişə kifayət miqdarda təmin etmir,” Emil Hidayətli qeyd edir. "Belə hallarda, mən tərkibinə doymamış yağlar daxil olan qida əlavələrini, məsələn, Herbalife Nutrition-un yüksək miqdarda Omeqa-3 balansına sahib olan Herbalifeline Max məhsulunu nəzərdən keçirməyi tövsiyə edirəm."

*BFMQ­. Dərman vasitəsi deyildir.

Reklam hüququnda

Paylaş:
1270

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər