İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq? | 1news.az | Xəbərlər
Siyasət

İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?

Qafar Ağayev17:49 - 04 / 07 / 2022
İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?

İyun ayının 28-də Türkiyə, İsveç və Finlandiyanın NATO-dakı üzvlükləri ilə bağlı üçtərəfli görüş müsbət nəticələrini verdi.

Türkiyə özünün milli təhlükəsizliyi ilə bağlı əsas tələblərinin İsveç və Finlandiya hökümətləri tərəfindən yerinə yetirilməsi qarşılığında hər iki ölkənin NATO-dakı üzvlüklərinə müsbət rəy verdiyini açıqladı. Bununla bağlı NATO Baş katibinin də iştirakı ilə üçtərəfli anlaşma memorandumu imzalandı. Memoranduma əsasən İsveç və Finlandiya hökümətləri terrorist PKK təşkilatını və eləcə də onun uzantıları olan YPG-PYD-yə verdiyi siyasi dəstəklərini tamamilə dayandırmalı və terrorçuluqda şübhəli bilinən şəxslərin Türkiyəyə ekstradisiyasını həyata keçirməlidir. Memorandumun imzalanmasından sonra verilən məlumata görə ilkin olaraq İsveçdə fəaliyyət göstərən PKK-nın 73 üzvünün Türkiyəyə ekstradisiyası nəzərdə tutulub. Türkiyənin əlində hələ də bu 2 ölkəyə öz öhdəliklərini yerinə yetirmədiyi halda NATO-ya üzvlüklə bağlı Böyük Millət Məclisində ratifikasiya ilə təsir etmək mexanizmi qalmaqdadır.

Bu razılaşma qısa vədədə Türkiyənin təhlükəsizlik maraqlarına cavab verir. Rəsmi Ankara Qərbin silah embarqosunu və Yunanıstanı birtərəfli şəkildə silahlandırılması ilə bağlı təhdidləri aradan qaldırmaq istəyir. Bir neçə il öncə Türkiyənin Rusiya istehsalı olan S-400 raket komplekslərini alması Ankara ilə NATO müttəfiqlərinin münasibətlərində gərginliyə səbəb oldu. Nəticədə Türkiyə ABŞ-ın ən yeni nəsil F35 qırıcı təyyarə proqramının əsas tərəfdaşlarından (10 milyard ABŞ dolları investisiya etməklə) biri olmasına baxmayaraq proqramdan xaric edildi və qəbul edilən xüsusi layihə ilə (CAATSA) bu ölkəyə ən müasir hərbi texnologiyaların ixracı qadağan edildi.

Hərçənd Türkiyə hərbi sənayesi son illərdə daxili potensial hesabına çox böyük nailiyyətlərə imza atıb, bir sıra vacib hərbi texnologiyaların idxal edilə bilməməsi bəzi layihələrin dayandırılmasına səbəb oldu. Məsələn, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) balansında olan F16 qırıcı təyyarələrinin modernizasiyası üçün lazımi avadanlıqların alına bilməməsi kimi. Həmçinin Türkiyənin əsas planlarından biri də ABŞ-dan 40 ədəd əlavə F16 təyyarəsi alaraq öz donanmasını daha gücləndirməkdir (Lockheed Martin istehsalı və modernləşməsi ilə).

Qeyd edək ki, keçən il Türkiyəyə Danimarkanın köhnə və ya ikinci əl F16 təyyarələri təklif edilmiş, ancaq Türkiyə imtina etmişdi. İki ilə yaxın davam edən danışıqlara baxmayaraq Türkiyə bu məsələdə ABŞ ilə razılığa gələ bilmirdi. Türkiyədən fərqli olaraq isə Yunanıstan 2027-ci il üçün ikinci partiya F35 eskadronu əldə etmək üçün ABŞ-a rəsmi müraciət ünvanlayıb. Eyni zamanda 2021-ci ildən Fransa 2000-ci illərin istehsalı olan Yunanıstanın hərbi hava qüvvələrində olan Mirage təyyarələrini modernləşdirməyə başladı. Bundan əlavə, Fransa Yunanıstana bu ilin yanvarında Rafale təyyarələrini satdı. Bütün bu layihələrlə 2020-ci illərin sonuna kimi Yunanıstanın HHQ-nin Türkiyə HHQ ilə rəqabətdə üstünlük əldə etmək təhlükəsi yaranmışdı. İndi isə Türkiyə 40 ədəd Lockheed Martin istehsalı və modernləşmiş təyyarələri ilə həmin təhdidi aradan qaldıraraq, balansı saxlaya biləcək.

İsveç və Finlandiyanın NATO üzvlükləri ilə bağlı Türkiyənin razılığından bir gün sonra ABŞ Müdafiə Katibinin müavini Seleste Vallanderin “Tükiyənin güclü HHQ-nə malik olması NATO-nun müdafiə qabiliyyətinə əsaslı təsir edəcəyinə şübhə etmirik” açıqlaması onu göstərir ki, Ankara və Vaşinqton uzun danışıqlardan sonra artıq F16 təyyarələri ilə bağlı razılıq ərəfəsindədirlər. Qeyd edilən bu məsələdə tərəflərin rəsmi olaraq müsbət nəticəyə gəlməsi yaxın zamanda Türkiyənin F35 proqramına da geri qaytarılacağı və silah embarqosuna xitam veriləcəyi ilə bağlı pozitiv ümidlər yaradır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) - Center for Studies of the South Caucasus (CSSC)

Paylaş:
407

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər