Prezident təsdiqlədi: Azərbaycan və Monqolustan ticarət və iqtisadi sahələrdə əməkdaşlıq edəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az xəbər verir ki, fərmana əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
469