Ruslara əsir düşmüş britaniyalı döyüşçü ölüb
Ukraynada rusiyalı hərbçilərə əsir düşən britaniyalı döyüşçü Pol Uri vəfat edib.
1news.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının ombudsmanı Darya Morozova bildirib. Onun sözlərinə görə, P.Uri iyulun 10-dan xroniki xəstəlikdən ölüb.
Qeyd edək ki, Pol Uri hələ aprel ayında Ukraynanın Zaporojye vilayətinin nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O, işğal edilmiş ərazidən ailələrin təxliyəsinə yardım etməklə məşğul olurdu.
Britaniya mətbuatının yazdığına görə, 45 yaşlı Uri orduya gedə bilməyib və humanitar sahədə çalışıb. Urinin anası onun diabet xəstəsi olduğunu və daim insulinə ehtiyacı olduğunu bildirib.
1news.az
551