4 yaşlı Lizanın anası da öldü - FOTO - VİDEO
Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı ağır yaralanaraq reanimasiyaya yerləşdirilən dörd yaşlı Lizanın anası, 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva da dünyasını dəyişib.
1news.az xəbər verir ki, raket hücumu zamanı onun dörd yaşlı qızı Liza yerindəcə keçinmişdi.
İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın "l.i.z.i.love" instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.
Ana qızı ilə son videosunu hadisədən saat yarım əvvəl paylaşmışdı.
Xatırladaq ki, iyulun 14-də Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı üçü uşaq olmaqla 23 nəfər ölüb, 120-yə yaxın insan yaralanıb. Onlardan 64-nün vəziyyəti ağır, 5-ninki isə kritikdir. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.