İranda gəlin toyda güllələndi - FOTO | 1news.az | Xəbərlər
Dünya

İranda gəlin toyda güllələndi - FOTO

10:38 - 19 / 07 / 2022
İranda gəlin toyda güllələndi - FOTO

İranda gəlin toy zamanı təsadüfən güllələnib.

1news.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, faciə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib. Güllə gəlinin başından dəyib və daha iki nəfəri yaralayıb.

Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün ilisenziyası olmayıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb, lakin polis onu yaxalaya bilib. Ölən gəlinin ailəsi bildirib ki, ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib. Xanımın sağlığında psixoloq kimi çalışaraq narkomanlara bu aludəçilikdən qurtulmağa yardım etdiyi bəlli olub.

Paylaş:
1010

Son xəbərlər

Bütün xəbərlər