Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır

11:29 - 19 / 07 / 2022
Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır

Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib.

"Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, - deyə o bildirib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam başa çatacaq.

1news.az

Paylaş:
808

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər