İran Urmiya gölünün bərpasına pul ayırdı | 1news.az | Xəbərlər
Dünya

İran Urmiya gölünün bərpasına pul ayırdı

10:23 - 21 / 07 / 2022
İran Urmiya gölünün bərpasına pul ayırdı

İran Urmiya gölünün bərpası üçün 215 milyard tümən (7 820 000 dollar) ayırıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İran Prezidentinin müavini Seyid Solət Murtəzəvi bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Urmiya gölünün bərpası üzrə qərargahın bir neçə iclası keçirilib və gölün bərpası üçün vəsait ayrılıb: “Ümid edirik ki, gölün problemi yaxın vaxtlarda öz həllini tapacaq”.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər