Xameneyidən Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşım | 1news.az | Xəbərlər
Siyasət

Xameneyidən Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşım

13:21 - 21 / 07 / 2022
Xameneyidən Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşım

İranın dini rəhbəri Zəngəzur dəhlizinə qarşı daha bir təhdid dolu paylaşım edib.

1news.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, o, öz Tvitter hesabında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq hədələyici tonda yazıb:

“İslam Respublikası İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olacaq siyasət və ya planlara dözməyəcək”.

Xatırladq ki, iki gün əvvəl də Türkiyə prezidenti ilə görüşdən sonra Əli Xameneyi "Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur"-deyə, yazıb.

https://bit.ly/3PqKUB1

t.me/AzadIranTelegram/8683

1news.az

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər