Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi 2,9 dəfə artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi 2,9 dəfə artıb

Qafar Ağayev13:39 - 21 / 07 / 2022
Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi 2,9 dəfə artıb

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, altı ayda ümumilikdə 2112 yeni icarə müqaviləsi bağlanılıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artıb.

Xidmətdən 1news.az-a bildirilib ki, bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1647-si isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən altı ayda dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin edilib.

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər