Rusiyanın İdlibə hücumu nəticəsində 7 dinc sakin həlak olub | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın İdlibə hücumu nəticəsində 7 dinc sakin həlak olub

15:22 - 22 / 07 / 2022
Rusiyanın İdlibə hücumu nəticəsində 7 dinc sakin həlak olub

Rusiya qüvvələrinin Suriyanın İdlib şəhərində həyata keçirdiyi hücumlarda 5-i uşaq olmaqla 7 mülki vətəndaş həyatını itirib, 14-ü isə yaralanıb.

1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya qüvvələri Suriyanın şimal-şərqindəki İdlibdə mülki yaşayış məntəqələrini hədəfə alıb. Hücumlarda 5-i uşaq olmaqla 7 nəfər həyatını itirib, 14 mülki şəxs yaralanıb.

Rəsmilər, Lazkiyadakı Hımeymim bazasından havaya qalxan Rusiya döyüş təyyarəsinin Yakubiyə və Cudeyda kəndlərinə hava hücumu təşkil etdiyini açıqlayıb və dağıntılar altında mülki vətəndaşların olduğunu bildirib.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Humay Əliyeva

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər