Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə bu qədər ödəniş olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə bu qədər ödəniş olub

Qafar Ağayev10:20 - 29 / 07 / 2022
Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə bu qədər ödəniş olub

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər