Deputatların maaşı artımla nə qədər olacaq? - Komitə sədri AÇIQLADI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputatların maaşı artımla nə qədər olacaq? - Komitə sədri AÇIQLADI

Qafar Ağayev09:10 - 02 / 08 / 2022
Deputatların maaşı artımla nə qədər olacaq? - Komitə sədri AÇIQLADI

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili millət vəkillərinin maaşlarının artması məsələsinə aydınlıq gətirib.

1news.az xəbər verir ki, o, bu barədə özünü feysbuk hesabında paylaşım edib.

Komitə sədri bildirib ki, deputatların maaşının 61 faiz artması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

“Yazılarda deputatların aylıq maaşının artaraq 4052 manatdan 6537 manata çatdığı iddia olunur. Deputatın artıma qədər ümumi (vergi və digər yığımlar ödənmədən) aylıq vəzifə maaşı 1733 manat idi, artımdan sonra isə 2491 manat olub. Deputatın əvvəl aldığı vəzifə maaşının 1 misli qədər əlavə, 50%-i qədər vergidən azad pul təminatı, illik 2 misli qədər müavinət və illik 2 misli qədər məzuniyyət pulları ləğv olundu.

Əvəzində deputata aylıq vəzifə maaşının 2 misli qədər maaşa əlavə ödənəcək. Deputatın gəlirlərində vergi azadolmaları da ləğv olundu və beləliklə deputatın bütün gəliri gəlir vergisinə cəlb olunacaq (ayda orta hesabla 1593 manat vergi). Bundan əlavə sosial sığorta, icbari tibbi sığorta, həmkarlar təşkilatlarına yığımlar da bütün gəlirdən hesablanacaq (ayda orta hesabla 523 manat).

Beləliklə, qanuna edilən müvafiq dəyişiklikdən sonra deputatın aylıq xalis maaşı (bütün vergilər və yığımlar çıxıldıqdan sonra) 1968 manat (əvvəl 1369 manat idi), aylıq əlavələr üzərinə gəldikdə isə xalis gəliri 5357 manat (əvvəl 4017 manat idi) olacaqdır. Bu isə əvvəlki rəqəmdən 33% çox deməkdir. Yəni, ümumi artım 33% təşkil edir” - deyə, T.Mirkişili bildirib.

Tahir Mirkişili

Paylaş:
458

Son xəbərlər

Hikmət Hacıyev: “Bakı Qarabağ separatçılarına mümkün amnistiyanı nəzərdən keçirir”Bu gün, 11:55İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edibBu gün, 11:54Salyanda “Ford” su kollektoruna düşüb, ölən varBu gün, 11:31Bu il 6 yeni bağça fəaliyyətə başlayıbBu gün, 11:19Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edibBu gün, 11:09Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olubBu gün, 10:55“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıbBu gün, 10:41Bakıda məktəbli qız vəfat etdiBu gün, 10:39Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcəkBu gün, 10:37“BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib” - İCMABu gün, 10:30Yekun müsahibədə uğur qazanan hakimliyə namizdələrin adları açıqlanıb - SİYAHIBu gün, 10:19“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür-Yeni layihəBu gün, 10:05Dövlət Komitəsinin elan etdiyi “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi davam edirBu gün, 10:00Turşu bağlayarkən səhvən sirkə içib öldüBu gün, 09:50Bakıda sürücüyə qarşı soyğunçuluq edilibBu gün, 09:45Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək - FOTOBu gün, 09:33Azərbaycanda şəhərsalma həftəsi başlayır, Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcəkBu gün, 09:28Şuşanın girişinə qoyulan tank götürüldü - FOTOBu gün, 09:20Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 09:06Bakıda özünə iynə vuran həkim şoka düşərək ölübBu gün, 09:03
Bütün xəbərlər

Next TV