Elçin Əhmədov: “Şuşanın yerləşdiyi coğrafi mövqe onun tarixən strateji əhəmiyyətli qala-şəhər olduğunu göstərir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Əhmədov: “Şuşanın yerləşdiyi coğrafi mövqe onun tarixən strateji əhəmiyyətli qala-şəhər olduğunu göstərir”

14:55 - 18 / 08 / 2022
Elçin Əhmədov: “Şuşanın yerləşdiyi coğrafi mövqe onun tarixən strateji əhəmiyyətli qala-şəhər olduğunu göstərir”

Dəniz səviyyəsindən 1500-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşa şəhəri (Şuşa qalası - Pənahabad) şimalda Xankəndi şəhəri, şərqdə və cənub-şərqdə Xocavənd, qərbdə və cənub-qərbdə Laçın rayonları ilə həmsərhəddir. Cənub tərəfdən, Kirs dağından Şuşaya nəzər saldıqda, cənub-şərq tərəfdən şəhəri sıldırım qayalı dərə əhatə edir ki, bu da Şuşanın tarixən strateji əhəmiyyətli bir qala-şəhər olduğunu göstərir.

Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib: “Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə, çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Bunu XIX əsrdə yaşamış Qarabağ tarixçisi Əhməd bəy Cavanşir də təsdiqləyir: “Cənub tərəfdən, Girs dağından Şuşaya bir nəzər saldıqda, ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır... Cənub-şərq tərəfdən Şuşanı sıldırım qayalı dərə əhatə edir”.

Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri, ictimai-siyasi xadim, yazıçı Yusif Vəzir Çəmənzəminli doğulduğu Şuşa şəhərini belə təsvir edir: “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir... Şuşanın sərt təbiəti qara buludlardan tökülən yumurta kimi doluları, ilan kimi göydə qıvrılaraq dəhşətli gurultu qoparan şimşəkləri, bir az sonra gözəl Günəşi və bülbüllərin cəh-cəh vurması məndə dərin düşüncələr oyadır... Şəhərin hər nöqtəsi tarix söyləyir”.

Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişlər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Elçin Əhmədov bildirib ki, keçmiş SSRİ-də dünyaşöhrətli kurort şəhəri kimi məşhur olan Şuşaya gələn turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və füsunkar təbiətə malik əfsanəvi Cıdır düzü idi. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilmişdir.

Əhalinin və turistlərin əsas istirahət yerlərindən olan Cıdır düzündə XX əsrin 80-ci illərindən may ayında “Xarıbülbül” beynəlxalq mahnı festivalı keçirilirdi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən “Xarıbülbül” adlı gül bitir. May-iyun aylarında çiçək açır. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıx zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir”.

Paylaş:
378

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər