Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Qafar Ağayev16:59 - 22 / 08 / 2022
Səhiyyə Nazirliyində Almaniyanın aparıcı farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Səhiyyə Nazirliyindən 1news.az-a verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayaraq, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini qeyd edib. Nazir Almaniyanın əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyanın biotexnologiya sahəsindəki nailiyyətləri dünyada əczaçılıq sənayesinin inkişafına təkan verir.

Azərbaycanda Almaniyanın farmasevtika sahəsi üzrə aparıcı şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizə ikigünlük işgüzar səfərin əsas məqsədi əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə regionda planlaşdırılan layihələr haqqında məlumat verməkdir.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.

Paylaş:
233

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər