30 il əvvəl doğma yurdunu tərk edən Zabux sakini qayıtmağa hazırdır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

30 il əvvəl doğma yurdunu tərk edən Zabux sakini qayıtmağa hazırdır - VİDEO

Qafar Ağayev13:14 - 24 / 08 / 2022
30 il əvvəl doğma yurdunu tərk edən Zabux sakini qayıtmağa hazırdır - VİDEO

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Zabuxa qayıdanda birinci dizini yerə qoyub torpaqdan öpərəm deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir. Elburus Əsədov deyir: “İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyir ki, biz 30 ildir burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100,110 il yaşayan azərbaycanlılar haradadır?!”

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər