Azərbaycanın turizm çarxını müsabiqədə birinci edək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm çarxını müsabiqədə birinci edək - VİDEO

09:47 - 04 / 10 / 2022
Azərbaycanın turizm çarxını müsabiqədə birinci edək - VİDEO

Azərbaycan Turizm Bürosu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində iştirak edir.

Dövlət Turizm Agentliyindən 1news.az-a bildirilib ki, Azərbaycanın turizm potensialının təbliği və onun daha geniş kütləyə tanıdılması məqsədilə “BBC World News” üçün hazırlanmış “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı videoçarx təşkilatın rəsmi veb-saytında “İnsanların seçimi” mükafatına namizədlər siyahısında yer alır.

Oktyabrın 20-dək davam edəcək müsabiqədə Azərbaycanı birinci etmək üçün https://bit.ly/AzerbaijanVote linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz.

Qeyd edək ki, müsabiqədə 22 ölkədən 49 namizəd iştirak edir. Mükafatlandırma mərasimi Avstriyanın paytaxtı Vyanada keçirilir və ilin ən yaradıcı və innovativ səyahət videoları mükafatla təltif edilir.

Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsi (CIFFT) 1989-cu ildə yaradılıb.

Xatırladaq ki, 2019-cu ildə təşkilat tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.

Paylaş:
387

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər