Pis vərdişləri təbliğ edən musiqi və meyxanalar - Uşaqları onlardan necə uzaqlaşdıraq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Pis vərdişləri təbliğ edən musiqi və meyxanalar - Uşaqları onlardan necə uzaqlaşdıraq?

Ayşən İsmayılova11:05 - 22 / 10 / 2022
Pis vərdişləri təbliğ edən musiqi və meyxanalar - Uşaqları onlardan necə uzaqlaşdıraq?

Sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri, içkini və "oğru aləmi"ni təbliğ edən musiqi və meyxanaların sayı heç də az deyil.

Açıq-aşkar pis vərdişlərin təbliğ olunduğu bu mahnılar, təəssüf ki, yeniyetmə və azyaşlılar arasında da populyardır. Hətta iş o yerə gəlib çatıb ki, bu tip mahnıları dinləyən gənclər papaq və təsbeh kimi aksesuarlarla imiclərini dəyişir, hərəkətləri və sözləri ilə bu tip insanlara bənzəməyə çalışırlar. Bəs mahnı və meyxanalarla bu cür təbliğatlar edən insanlarla bağlı hansı tədbirlər görülür? Azyaşlıları və yeniyetmələri belə mahnıların təsirindən necə qorumaq olar?

1news.az bu sualları Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə ünvanlayıb.

E.Hacıyev deyib ki, narkotik vasitə, digər zərərli vərdişlər və hansısa radikal çağırışlarla bağlı sosial şəbəkə seqmentlərində paylaşılan, yayılan neqativ hallarla əlaqəli tədbirlər davam etdirilir.

“Bununla bağlı ayrı-ayrı şəxslərdən, məktəb müəllimlərindən, pedaqoji kollektivlərdən, eləcə də valideynlərdən daxil olan müraciətlər üzrə müvafiq profilaktik işlər aparılır. Bunda da əsas məqsəd zərərli vərdişləri təbliğ edən şəxslərin məsuliyyətə cəlb olunmasıdır.
Bu il keçirilən tədbirlərlə valideynlərdən daxil olmuş müraciətlər əsasında respublika ərazisində zərərli vərdişləri yayan, onları kütləvi yayılması ilə məşğul olan 3 nəfər müəyyən olunub ki, onlar barəsində də qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirlərinin görülməsi təmin edilib. Hər bir hallara əməkdaşlarımız tərəfindən çevik reaksiya verilməklə cəmiyyəti, gənclərimizin həyatını və düşüncələrini zəhərləyərən, onlarda mənfi fikirlər yaradan hallarla bağlı tədbirlərimiz davam etdirilir.
Sizin vasitənizlə ictimaiyyətə müraciət edərək bildirirəm ki, əgər kimdəsə belə faktlar varsa, çəkinmədən onları daxili işlər orqanlarına təqdim etsinlər ki, bu neqativ hallara qarşı mübarizədə səfərbərliyimizi nümayiş etdirməklə bu halların qarşısının alınmasında effektiv təsir tədbirləri daha da güclənsin”.

Elşad Hacıyev


Psixoloq Vüsalə Əmiraslanova isə bunun uşaqların yeniyetməlik dövründə böhrandan keçməsi və bu yaş dövründə uşaqlarda təqlid etmə marağı yaranması ilə əlaqəli olduğunu sğyləyib:
“Uşaqlar yeniyetməlik dövründə böhrandan keçirlər. Bu yaş dövründə uşaqlarda təqlid etmə marağı yaranır. Yəni kim daha məşhurdursa, ona oxşamaq istəyirlər. Onlar bir-birlərinə bənzədikləri üçün də ünsiyyətlərinin daha rahat alınacağını düşünürlər. Fikirləşirlər ki, qrupdan dala qalmayaq. Bu isə onların şəxsiyyətlərinə, ümumi dünyagörüşünə təsir edir. Həmçinin davranış problemlərinin ortaya çıxmasına, zövqün dəyişməsinə və mənfi təsir altına düşməyə səbəb olur.

Vüsalə Əmiraslanova


Onları bu cür təsirlərdən qorumaq qadağa qoymaqla alınmır. Sadəcə müəyyən bir yaş dövrü var ki, onları anlamaq lazımdır. Qadağalar qoymaqla biz onları daha da sürükləyirik ki, gedin bu işlə məşğul olun. Sadəcə bunun mənfi və müsbət tərəflərini göstərərək, düzgün səs tonu ilə danışaraq, müəllimləri və dostları ilə əlaqə yaradaraq, onun əhatəsini dəyişməklə yardım etmək olar”.

Ayşən İsmayılova

Paylaş:
653

Son xəbərlər

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39
Bütün xəbərlər