Avropada qazın qiyməti aşağı endi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qazın qiyməti aşağı endi

09:52 - 02 / 11 / 2022
Avropada qazın qiyməti aşağı endi

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

1news.az xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 189,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər