Dünənki terrorda türkiyəli aktyorun qızı və xanımı da həlak olub - Foto
Noyabrın 13-ü İstanbulda baş verən terror aktında həlak olan 6 nəfərdən daha ikisinin şəxsiyyəti məlum olub.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, həlak olanlar arasında 38 yaşlı Arzu Özsoy və qızı 15 yaşlı Yağmur Uçar da olub.
Daha sonradan isə həmin şəxslərin türkiyəli aktyor Nurettin Uçarın həyat yoldaşı və qızı olduğu məlum olub.
Qeyd edək ki, Nurettin Uçar “Diriliş Ertuğrul”, “Arıza”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Yasak elma”, “Arka sokaklar” kimi məşhur seriallarda rol alıb.
440