Rusiyanın Baş naziri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın Baş naziri Azərbaycana gəlir

15:45 - 15 / 11 / 2022
Rusiyanın Baş naziri Azərbaycana gəlir

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.

Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.

Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.

Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər