Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı - İlk rəsmi açıqlama | 1news.az | Xəbərlər
Dünya

Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı - İlk rəsmi açıqlama

09:24 - 16 / 11 / 2022
Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı - İlk rəsmi açıqlama

Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, açıqlamada qeyd olunur ki, bununla əlaqədar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.

“Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb” – açıqlamada bildirilir.

Qeyd edək ki, bu, Polşa hökumətinin hadisə ilə bağlı ilk rəsmi açıqlamasıdır.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər