“Rusiyanın Polşa ərazisinə raketin düşməsi ilə bağlı insidentlə əlaqəsi yoxdur”
“Məlumatlar onu göstərir ki, Rusiyanın Polşa ərazisinə raketin düşməsi ilə bağlı insidentlə əlaqəsi yoxdur”.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, Ərdoğan, həmçinin Rusiyanın bu məsələ ilə bağlı mövqeyinə inandığını qeyd edib.
Türkiyə mediası isə Ərdoğanın sözügedən məsələ ilə bağlı açıqlamasını belə təqdim edib: “Rusiyanın açıqlamasına hörmətlə yanaşıram. Rusiyanın bu məsələ ilə heç bir əlaqəsinin olmamasını deməsi bizim üçün önəmlidir. Bununla yanaşı, səhər Almaniya Kansleri Olaf Şoltsla keçirdiyimiz görüşdə bu məsələnin araşdırılmasının zəruriliyini qeyd etdi. ABŞ lideri Co Baydenin bu raketlərin Rusiya istehsalı olmadığını demesi də önəmlidir”.
Xatırladaq ki, noyabrın 15-i yayılan məlumata görə, Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.