Ermənistan müdafiə naziri ABŞ-ın Avropa Komandanlığının generalı ilə görüşdü

Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-ın Avropa Komandanlığının generalı ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir Suren Papikyan ABŞ-ın Avropa Komandanlığının planlar, siyasət, strategiya və imkanlar üzrə direktoru general-mayor Daniel Lasikanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
826