Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi
Britaniya səfiri Ferqus Ould 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
1news.az xəbər verir ki, səfir bununla bağlı tvitterdə Azərbaycan dilində paylaşım edib.
“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir. Bütün Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”, - diplomat qeyd edib.
395