Dünya bazarlarında qızılın qiyməti düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarlarında qızılın qiyməti düşüb

10:38 - 21 / 11 / 2022
Dünya bazarlarında qızılın qiyməti düşüb

Dünya bazarlarında qızılın qiyməti düşüb.

1news.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,38 % və ya 6,65 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 747,75 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,05 % düşərək 1 unsiyası 20,777 ABŞ dolları təşkil edib.

Birjalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayı üzrə qərarını gözləyir.

Treyderlər ABŞ-da monetar siyasətin perspektivlərini ehtiyatla qiymətləndirirlər. Əksər analitiklər dekabr ayında uçot dərəcəsinin növbəti artımını gözləyirlər. Monetar siyasətin sərtləşdirilməsi qızılın qiymətinə mənfi təsir göstərir.

Həmçinin, hazırda bazar dolların digər əsas dünya valyutalara qarşı müəyyən qədər möhkəmlənməsindən təsirlənir ki, bu da qızılı digər valyutalarla alış üçün əlçatan edir.

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər