Britaniya səfiri: “Ağdamda dağıntıların necə böyük miqyasda olduğuna şahid oldum”
"Ağdamda səfərdə olan zaman dağıntıların necə böyük miqyasda olduğuna şahid oldum. Minaların təmizlənməsində qadın qruplarının da olduğunu gördüm".
1news.az xəbər verir ki, bu sözləri, Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld "Davamlı Sabah üçün Qadınlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan ərazisindən minaların təmizlənməsi üçün dəstək göstərən ilk beynəlxalq tərəfdaş Böyük Britaniya olub.
Aynurə Xudavderdiyeva
405