Azərbaycanlı deputatın məqaləsi Belçika mətbuatında dərc olunub

22 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “The resolution adopted by French Senate is a blow to the peace process” adlı məqaləsi dərc olunub.
1news.az xəbər verir ki, məqalədə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yeni reallıqların yaranmasına imza atması ilə həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail olduğu, habelə ölkəmizin bütün platformalarda sülhə, əmin-amanlığa, firavan gələcəyə doğru öz qətiyyətli mövqeyini ortaya qoyması ilə bağlı məlumatlar öz əksini tapmışdır.
Eyni zamanda millət vəkili Azərbaycanın post müharibə dövründə Sülh Sazişinin imzalanması üçün Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməyə imkan yaratmasına baxmayaraq, Fransanın bu danışıqlarında yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, sonradan müxtəlif vasitəsilərlə Azərbaycanı işğalda ittiham etməsi, Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanət, hörmətsizliklərə dair bir sıra məqamlara toxunmuşdur.
Məqalədə M.Əfəndiyev keçdiyimiz günlərdə Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi, özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, riyakar mövqe ehtiva edən qətnaməni xüsusi vurğulamış, Azərbaycan Respublikası Parlamentinin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq qəbul etdiyi 16 noyabr 2022-ci il tarixli Bəyanatın mahiyyətini, bu Bəyanatın ölkəmizə qənim kəsilən bütün qüvvələrə açıq xəbərdarlıq olduğunu qeyd etmişdir.
Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.eureporter.co/world/azerbaijan-world/2022/11/22/the-resolution-adopted-by-the-french-senate-is-a-blow-to-the-peace-process/
