Sahil Babayev: Növbəti dövrlərdə də sosial sahəyə dəstəyin artırılması davam edəcək
“Hər zaman proqnozlaşmada konservativ yanaşma olmalıdır”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ümumi olaraq büdcə gəlirlərində həm transferin, həm də məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 % azalıb, özəl sektor artıb: “2019-cu ildən bu günə qədər sosial müavinətlərin, pensiyaların, əməkhaqqının artırılması istiqamətində çox ciddi islahatlar həyata keçirilib. Hər halda belə dinamik şəkildə sosial ödənişləri artıran az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması üçün bu ödənişlər ardıcıl şəkildə həyata keçiriləcək”.