SOCAR üzrə satılan qazın xərci artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR üzrə satılan qazın xərci artıb

15:53 - 06 / 12 / 2022
SOCAR üzrə satılan qazın xərci artıb

Ötən il SOCAR üzrə 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri 61,23 27 manat təşkil edib.

1news.az SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, ötən il şirkət üzrə qazın istehsal maya dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,04 manat və ya 0,07% azdır.

Hesabata əsasən, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,7 %, əmək haqqı – 12,1%, sosial sığorta fonduna ayırmalar – 2,7%, amortizasiya ayırmaları – 20,8%, əsas vəsaitlərin təmiri – 5,8%, əsas vəsaitlərə texniki xidmət – 5,2%, nəqliyyat xərcləri – 12,1% , mədən vergisi – 18,6% və s. təşkil edir.

Sənədə görə, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2021-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 121,9 manat təşkil etmişdi.

Qeyd edək ki, 2020-ci ildə bu göstərici 140,24 manat təşkil edib, bu da ötən ilin göstəricisi ilə müqayisədə 18,34 manat və ya 13,08% azdır.

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər