Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dekabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,03% – 33,596.34 bəndədək, S&P 500 indeksi 1,44% – 3,941.26 bəndədək, Nasdaq indeksi isə 2,00% – 11,014.89 bəndədək enib.
1news.az xəbər verir ki, Avropa fond bazarlarında dekabrın 6-da FTSE 100 indeksi 0,61% – 7,521.39 bəndədək, Almaniyanın DAX indeksi 0,72% –14,343.19 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,14% - 6,687.79 bəndədək azalıb.
Avronun dəyəri isə ABŞ dolları qarşısında 0,01% artaraq, 1.0468 dollar təşkil edib.
516