Vasile Simileanu: Azərbaycan Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vasile Simileanu: Azərbaycan Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarıdır

17:20 - 18 / 12 / 2022
Vasile Simileanu: Azərbaycan Türkiyə ilə birgə mühüm layihələrin təşəbbüskarıdır

Bu yaxınlarda Bakıda və Buxarestdə Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini qeyd etdik.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə irəli sürülmüş ikitərəfli strategiyalar Prezident İlham Əliyevin dövründə də davam etdirilib. “Yaşıl enerji” layihəsinin yaradılması təşəbbüsünu çox alqışlayıram. Xüsusilə Ukraynadakı müharibə səbəbindən yaranmış enerji böhranını nəzərə alsaq bu layihə çox aktualdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniyada nəşr olunan nüfuzlu “Geopolitika” jurnalının baş redaktoru, professor, siyasi analitik Vasile Simileanu deyib.

Analitik bildirib ki, bu layihənin gerçəkləşdirilməsi Avropa İttifaqı üçün faydalı təsirləri olan, imzalayan dövlətlərin nüfuzunu artıracaq cəsarətli bir addımdır. Dörd dövlət bu layihə nəticəsində enerji müstəqilliyi qazanacaq, yeni iş yerlərinin yaradılmasına nail olacaq. Xüsusilə, enerji sahəsində ehtiyatları olmayan Macarıstan üçün layihənin əhəmiyyəti böyükdür.

“Azərbaycan öhdəliklərini yerinə yetirərək etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, ölkəniz enerji resursları, xüsusilə də təbii qaz və neft bazarında aparıcı rol oynayır. Buxarestin təşəbbüsü təhlükəsizliyimizi digər dövlətlərlə müqayisədə artıracaq. Azərbaycan öz enerji resursları ilə mühüm müqavilələr bağlayıb ki, bu da dünyada danılmaz faktdır.

Azərbaycan Şərqi Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlət olmaqla yanaşı, həm də Mərkəzi Asiya dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan üçün körpüdür, Türkiyə ilə birgə əksəriyyəti tamamlanan mühüm layihələrin təşəbbüskarı olan türkdilli dövlətdir. Azərbaycan bundan sonra da geostrateji və geosiyasi münasibətlərdə yüksəliş əldə edəcək.

Paylaş:
542

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər