Naqif Həmzəyev: “Yeni qanun layihəsi siyasi sistemimizin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq” | 1news.az | Xəbərlər
Siyasət

Naqif Həmzəyev: “Yeni qanun layihəsi siyasi sistemimizin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq”

Qafar Ağayev16:28 - 20 / 12 / 2022
Naqif Həmzəyev: “Yeni qanun layihəsi siyasi sistemimizin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisin Plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılaraq, qəbul edildi.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə müxtəlif sahələrdə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında böyük dəyişikliklər baş verdi və bu proseslər Milli Məclisin qanunvericilik müstəvisində də öz əksini tapdı.

“Bu gün 30 ildən çox işğal altında olan torpaqlarını azad edən qalib Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində söz sahibidir və bu yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda özünü tapması olduqca zəruri və təqdirəlayiqdir”.

Deputat bildirib ki, ölkədəki formalaşmış yeni siyasi-ictimai mühit və konfiqurasiya sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi məqsədilə mövcud “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində müvafiq dəyişikliklərin edilməsi zəruri idi.

“Bu dəyişikliklər bir çox baxımdan böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, cəmiyyətin bütün siyasi seqmentlərinin prosesdə iştirak etməsini təmin etmək məqsədilə Milli Məclis tərəfindən şəffaf mühit yaradılmış, ölkədə fəaliyyət göstərən 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Qanun layihəsinin daha da təkmilləşdirilməsi üçün müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının nümayəndələrinin rəy və təklifləri ictimai dinləmələrdə nəzərə alınaraq, layihə dəyişiklik edildikdən sonra yeni variantda müzakirəyə çıxarılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, sözügedən təkliflər əlavə edilərək, qanun layihəsində 66 dəyişiklik edilmişdir və bu dəyişiklərin əsas məqsədi qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsidir”.

“Qanun layihəsində edilən əsas dəyişikliklərdən biri də sənədlərin toplanması ilə bağlı müddətin artırılması, eyni zamanda partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin (say tələbinin) azaldılmasıdır” – deyə, N.Həmzəyev əlavə edib:

“Belə ki, partiyaların yaradılması üçün üzv tələbi 10 mindən 5 min nəfərə endirilib, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.

Siyasi rəqabəti gücləndirmək, cəmiyyətdə seçki prosesinə marağı artırmaq və təbliğat prosesini daha da gücləndirmək məqsədilə ilk dəfə olaraq Azərbaycanda dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçiciləri nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir”.

O, qeyd edib ki, ümumilikdə yeni qanun layihəsinin hazırlanması və dəyişikliklərin edilməsi zamanı beynəlxalq təcrübəyə istinad edilmiş, demokratik norma və prinsiplərə daha çox üstünlük verilib.

“Burada məqsədin beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsinin hazırlaması olduğu diqqətdə saxlanılmalıdır. Əminəm ki, hazırlanmış yeni təklif yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət etməyəcək, həm də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar, o cümlədən siyasi partiyaların öz arasında səmərəli əməkdaşlığa böyük töhvə verəcəkdir. Eyni zamanda, yeni qanun layihəsi ümumilikdə siyasi partiyaların tənzimlənməsi sahəsində olan mövcud problemlərin həllini və yeni inkişafları özündə ehtiva edəcək və siyasi sistemimizin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaqdır”.

Paylaş:
548

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər