Nikol Paşinyan səs verib | 1news.az | Xəbərlər
Siyasət

Nikol Paşinyan səs verib

Qafar Ağayev10:39 - Bu gün
Nikol Paşinyan səs verib
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də başlayıb. 1news.az xəbər verir ki, Nikol Paşinyan səsvermədə 143 saylı uşaq bağçasında yerləşən seçki məntəqəsində iştirak edib. Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – 16 partiya və 2 partiya bloku mübarizə aparır. Bunlar arasında hakim “Vətəndaş müqaviləsi” partiyası, müxalif Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku yer alır. MSK-nın yekun məlumatına görə, seçkilərdə səsvermə hüququna malik vətəndaşların sayı 2,5 milyona yaxındır.
Paylaş:
73

Son xəbərlər

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər