Avropada qaz bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada qaz bahalaşdı

09:27 - 13 / 01 / 2023
Avropada qaz bahalaşdı

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 760 ABŞ dollarını ötüb.

1news.az xəbər verir ki, 12 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 760,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (726,4 dollar) ilə müqayisədə 4,8% çoxdur.

Xatırladaq ki, ötün ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər