Elman Nəsirov: “Azərbaycan Prezidentinin bu tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları ilə bağlıdır” | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: “Azərbaycan Prezidentinin bu tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları ilə bağlıdır”

Ayşən İsmayılova17:36 - 17 / 01 / 2023
Elman Nəsirov: “Azərbaycan Prezidentinin bu tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları ilə bağlıdır”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu səfər çərçivəsində artıq kifayət qədər populyarlıq qazanmış Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə qatıldı. Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi artıq dünyada böyük nüfuza malikdir və böyük beynəlxalq platforma kimi tanınır. Bu dəfəki tədbirə dünyanın 150 ölkəsindən 30 minə qədər iştirakçı qatılmışdı.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu tədbirə dəvət alması xüsusilə ölkəmizin iqdisadi uğurları ilə bağlıdır. Cənab prezident öz çıxışı çərçivəsində qeyd etdi ki, Azərbaycan dünyada çox mühüm, etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə də biz Avropanın enerji təhlükəsizliyində çox mühüm amilə çevrilmişiq və yeganə alternativ enerji mənbəyi kimi qəbul edilirik. O həmçinin qeyd etdi ki, 2022-ci ildə Azərbaycanın qaz ixracatı 22 milyar kubmetr təşkil edib və gələn il isə onun 24 milyar kubmetrə çatdırılması planlaşdırılır”.

“Artıq Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əsası qoyulub” deyə sözlərinə davam edən E.Nəsirov Azərbaycanın Avropanın enerjiyə tələbatının ödənilməsi prosesində çox böyük töhfələr vermək niyyətində olduğunu qeyd edib.

“Hər kəsə bəllidir ki, artıq 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracına 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Eyni zamanda cənab prezident vurğuladı ki, Azərbaycan “yaşıl enerji” istehsalına çox böyük önəm verir. Bu o demək deyil ki, bizim bu sahəyə çox böyük ehtiyacımız var. Azərbaycan özünün enerji təhlükəsizliyində artıq 2 il bundan əvvəl ödəyib. Ancaq biz “yaşıl enerji”yə xüsusi əhəmiyyət verməyimiz bununla bağlıdır ki, enerji ixracatını da şaxələndirmək istəyirik. Bu baxımdan Azərbaycanın çox böyük potensialı var. Cənab Prezident vurğuladı ki, hal-hazırda Azərbaycan 200 qiqavatlıq “yaşıl enerji” potensialına malikdir. Həmçinin qeyd etdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Vətən müharibəsi zamanı azad edilmiş ərazilərimizdə 10 qiqavatlıq külək və günəş enerjisi imkanımız var. Eyni zamanda Xəzər dənizinin Azərbaycan hissəsində nəhəng həcmdə , yəni 157 qiqavatlıq külək enerjisi potensialına malikik.

Cənab prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq enerji şirkətləri ilə imzaladığı analaşma memorandumları və sazişləri ilə Azərbaycan 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanı yaranmış olacaq. Cənab prezidentin çıxışında daha bir vacib məqam da vurğulandı ki, bu gün Azərbaycan həm də elektrik enerjisinin çox mühüm bir ixracatçısına çevrilməkdədir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan təkcə neft, təbii qaz deyil, eyni zamanda bərpa olunan enerjini, neft-kimya məhsullarını dünya bazarına ixrac edir və bu da Azərbaycanın artan iqdisadi gücünün bilavasitə təsdiqidir. Bütün bu səbəblərdən Azərbaycana beynəlxalq aləmdə olduqca etibarlı tərəfdaş kimi yanaşırlar”.

Xatırladaq ki, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Prezdenti İlham Əliyev çıxış edib.

Paylaş:
617

Son xəbərlər

Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edibBu gün, 15:44Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salındı - FOTOBu gün, 15:33Bakının bəzi ərazilərində su olmayacaqBu gün, 15:21Davamlı və etibarlı yeni HONOR X9c smartfonu - FOTOBu gün, 15:05TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24
Bütün xəbərlər