Mühərrik həcmi kiçik olan avtomobillərə icbari sığorta əngəli – Problem nə zaman həll olunacaq? - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Mühərrik həcmi kiçik olan avtomobillərə icbari sığorta əngəli – Problem nə zaman həll olunacaq? - ŞƏRH

Qafar Ağayev17:13 - 18 / 01 / 2023
Mühərrik həcmi kiçik olan avtomobillərə icbari sığorta əngəli – Problem nə zaman həll olunacaq? - ŞƏRH

Son vaxtlar Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri avtomobillərin icbari sığortasıdır.

Belə ki, mühərriki 2000 kubsantimetr aşağı avtomobillərin sürücüləri avtomobillərini icbari sığorta etdirməklə bağlı problem yaşayır. Əvvəllər bu işlərlə sığorta agentləri məşğul olsa da hazırda onlar da bu işdə sürücülərin köməyinə çata bilmir. Avtomobilini sığorta etdirə bilməyən sürücülər isə xüsusi texniki vasitələrin köməyi ilə cərimə olunurlar. Həmin sürücülər 50 manat cərimə olunurlar, əgər sürücü cərimə yazılandan sonra 20 gün müddətinə icbari sığorta müqaviləsi bağlamasa yenidən 50 manat cərimə edilir.

Bütün dünyada kiçik həcmli mühərrikli, hətta elektrikli avtomobillərin istifadəsini stimullaşdırmaq üçün addımlar atıldığı halda Azərbaycanda kiçik həcmli mühərrikli avtomobillərin icbari sığorta olunmaması böyük bir suaı doğurur?

Görəsən məcburi olan bu sığorta növündən sığorta şirkətləri niyə boyun qaçırır?

Məsələ ilə bağlı 1news.az-a danışan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bildirib ki, əvvəl sığorta şirkətləri qeyd edirdilər ki, mühərrikinin həcmi 2000 kubsantimetr kimi avtomobilləri sığorta etmək xeyir etmir.

İlkin İbrahimov

“Onlar əsas gətirirdilər ki, aşağı mühərrikli avtomobillərdə daha çox qəza qeydə alınır və bu da onların maliyyə maraqlarına toxunur. Bütün bunlarla yanaşı qanunvericilik həm sığorta şirkətlərinə, həm də hamıya müraciət edir ki, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası qanunla icbaridir, yəni məcburidir. Bununla da dövlət inzibati amillərini təqdim etməklə öz resurslarını, məsələn dövlət yol polisini məsələ ilə bağlı səfərbər edir. Əgər hansısa avtomobil sığortalanmayıbsa, radarlar vasitəsilə aşkarlanır və cərimə yazılır. Bu o deməkdir ki, ölkə ərazisində bütün nəqliyyat vasitələri icbari şəkildə sığortalanmalıdr. Bununla bağlı icbari sığortalar haqqında mülki məcəllədə qeyd olunub. Avtoicbari şəhadətnaməni vermək səlahiyyəti olan bütün sığorta şirkətləri bu qaydaya qeyd-şərtsiz əməl etməlidir. Əməl etməzlərsə, onda inzibati xətalar məcəlləsi ilə cəzalandırılacaqlar, bu hal Mərkəzi Bank tərəfindən onlara verillən lisenziyanın dayandırılmasına gətirib çıxa bilər”.

Ekspert deyib ki, 2022-ci il oktyabr ayının 1-də ölkədə sığorta ilə bağlı malus sistemi tətbiq edildi.

“Əvvəl bonus sistemi var idi, həmin sistemdə intizamlı sürücüyə növbəti icbari sığorta zamanı endirim edilirdi, malus sistemində isə intizamsız sürücüyə daha çox sığorta haqqının tətbiq edilməsidir. Malus sistemi qüvvəyə minəndən sonra faktiki olaraq sığorta haqqı 15 faizdən daha çox bahalaşdı. Bu, o deməkdir ki, sığorta şirkətlərinin maraqları təmin olundu. Ancaq bundan sonra da əvvəl mühərrik həcmi 2000 kubsantimetrə qədər olan maşını sığorta etmirdilərsə, bundan sonra mühərrik həcmi 2500 kubsantimetrə qədər olan avtomobillərin sığorta edilməsindən imtina edildi. Sığorta agentləri mühərrik həcmi 2500 kubsantimetrə qədər olan avtomobilləri sığorta edə bilmirlər. Sığorta agentləri də sığorta şirkətlərinin xidmətlərini vətəndaşlara təqdim edir. Hazırda sığorta agentləri oyundan kənarda qalıb.

İ.İbrahimov bildirib ki, 28 dekabrda Azərbaycan Mərkəzi Bankı icbari avtosığortanın satışı ilə bağlı bir qərar verib və əlavələr edib.

“12 yanvarda bu məsələ ilə bağlı açıqlama oldu və 10 gün müddətində 23 yanvara kimi avtomobilin icbari sığortasını satmaq icazəsi olan bütün sığorta şirkətlərinə tövsiyə edilib ki, sığorta şirkətləri öz saytlarında onlayn qaydada sığortalanmanı tətbiq etməlidirlər. Bu da o deməkdir ki, biz 23 yanvardan sonra, sığorta şirkətlərinin saytlarına daxil olaraq heç bir problem olmadan avtomobilin icbari sığortasını edə biləcəyik”.

O deyib ki, problemin bir hissəsi həll olsa da digər bir hissəsi hələ də qalır.

“Hazırda sığorta agentlərinə də şərait yaratmaq lazımdır ki, onlar sığorta şirkətlərinin məhsullarını sata bilsinlər. Sığorta agentləri vətəndaşlarla sıx təməsdadır. Onların bu işə cəlb edilməsi sığorta şirkətlərinin ofisində olan insan sıxlığının da qarşısını alacaq”.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA)bildirilib ki, ölkəmizdə sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atılıb.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb.

Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək”.

Məlumatda bildirilir ki, hər bir sahədə olduğu kimi sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanmışdır.

Paylaş:
4925

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər