Azərbaycanla Macarıstan arasında biznes forum keçiriləcək
Azərbaycanla Macarıstan arasında biznes forumun keçirilməsi müzakirə edilib.
1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Macarıstanın Dövlət Katibinin xarici iqtisadi məsələlər üzrə müavini xanım Katalin Bihari arasında keçirilən görüşdə qeyd edilib.
Tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən, azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə Macarıstan şirkətlərinin iştirakı barədə müzakirələr aparıblar.
Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın da iştirak etdiyi görüşdə iki dost ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı, ölkələrimizin rəhbərlərinin əlaqələrin genişlənməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud imkanlardan səmərəli istifadəyə önəm verdiyi qeyd olunub.