Tərtərdə oğurluq edən iki nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə oğurluq edən iki nəfər saxlanılıb

15:12 - 10 / 02 / 2023
Tərtərdə oğurluq edən iki nəfər saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki fərdi yaşayış yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Rəhman Səfərov və Şahmar Rəsulov saxlanılıblar. Araşdırmalarla R.Səfərovun pul və qızıl-zinət əşyaları, Ş.Rəsulovun isə iribuynuzlu mal-qara oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları müəyyən olunub.

Faktlarla bağlı istintaq davam etdirilir.

Paylaş:
566

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər