Türkiyədəki zəlzələ ilə bağlı bu ölkələrdə matəm günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədəki zəlzələ ilə bağlı bu ölkələrdə matəm günüdür

16:00 - 13 / 02 / 2023
Türkiyədəki zəlzələ ilə bağlı bu ölkələrdə matəm günüdür

Türkiyədəki zəlzələ ilə bağlı bu gün Albaniya və Şimali Makedoniyada matəm günüdür.

1news.az xəbər verir ki, Albaniya və Şimali Makedoniya hökumətləri ötən həftə fevralın 6-da Türkiyə və Suriya sərhədində baş verən güclü zəlzələ nəticəsində həlak olan çox sayda insanın xatirəsinə hörmət əlaməti olaraq ölkələrində fevralın 13-nü milli matəm günü elan ediblər.

"Şimali Makedoniya vətəndaşlarının düşüncələri və duaları həyatını itirənlərin yaxınları və ailələri ilə birlikdədir. Şimali Makedoniya Respublikasının bütün vətəndaşları adından yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Dövlət və xalq olaraq bundan sonra da kömək edəcəyik, həmrəy olacağıq", - Şimali Makedoniya Baş naziri Dimitar Kovacevski bildirib.

Albaniyanın Baş naziri də daha əvvəl bəyan edib ki, bu faciədə Türkiyə xalqı ilə həmrəylik üçün ölkədə milli matəm elan olunur.

"Bir müddət əvvəl Albaniyaya bənzər bir fəlakət baş verəndə yaxınımızda olan dost Türkiyə ilə həmrəylik əlaməti milli matəm elan edirik", - deyə Rama bildirib.

Həm Albaniyada, həm Şimali Makedoniyada dövlət bayraqları yarıya qədər endirilib. Həmçinin bu ölkələrin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər