Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb

17:32 - 13 / 02 / 2023
Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb

Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb.

1news.az "sporx" nəşrinə istinadən xəbər verir ki, Mehdi Seyidavi, Məhəmməd Rza Mirəhmədi və Həmid Matrudi adlı oyunçular amputant futbol komandalarının üzvləridirlər. Onlar zəlzələ zamanı Malatyadakı hotellərin birində olublar.

Futbolçuların nəşi vətənlərinə yola salınıb.

Qeyd edək ki, son məlumatlara əsasən, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 31 643 nəfər həlak olub, 80 278 nəfər isə yaralanıb.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər