Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

08:52 - 15 / 02 / 2023
Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudeslə görüşüb.

1news.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb.

Səfir qeyd edib ki, görüş zamanı xalqlarımız arasında tarixi dostluq və mövcud əməkdaşlıq haqqında söhbət aparılıb.

Qeyd edək ki, Azərbaycan səfiri yanvarın 12-də etimadnaməsini Kuba Prezidentinə təqdim edib.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər