Ermənistan-Türkiyə yaxınlaşması Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan-Türkiyə yaxınlaşması Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Aynurə Xudaverdiyeva12:43 - 16 / 02 / 2023
Ermənistan-Türkiyə yaxınlaşması Ermənistan-Azərbaycan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Dünən Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada rəsmi səfərdə olub, türkiyəli həmkarı Mövlüd Çavuşoğlu görüşərək, erməni xilasedicilərinin axtarış-xilasetmə işləri apardığı Türkiyənin Adıyaman şəhərinə gedib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpası haqda da düşündüklərini deyib. Mirzoyan isə Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verib.

Məsələ ilə bağlı 1news.az-a Milli Məclisin deputatı Arzu Nağıyev açıqlama verib. Deputatın sözlərinə görə, Ermənistan münasibətləri tam şəkildə tənzimləməyə çalışır:

“Məlumata görə, öncə təkbətək görüş, sonra isə nümayəndə heyətinin iştirakı ilə görüş keçirildi. Sonra Ermənistan nümayəndə heyəti zəlzələ baş verən əraziyə getdi. Qeyd etmək istərdim ki, bu Mirzoyanın Türkiyəyə ikinci səfəridir. Birinci səfəri 2022-ci ilin mart ayında olub. Həmin görüşdə diplomatik formada iştirak edib, həmçinin Çavuşoğlu ilə də görüşmüşdü. Mirzoyan görüş zamanı açıqladı ki, Ermənistan münasibətləri tam şəkildə tənzimləməyə çalışır, regionda sülhün bərqərar olmasında, Türkiyə ilə münasibətlərin tam normal olmasında, diplomatik münasibətlərin qurulmasında maraqlıdır. Ankarada keçirilən görüşdə Çavuşoğlu da qeyd etdi ki, bu proseslərlə bağlı bəzi detallara da aydınlıq gətirilib. Eyni zamanda, zəlzələ nəticəsində Ermənistan tərəfinin də yardımları yüksək qiymətləndirilib. Türkiyənin Xarici işlər naziri erməni xilasedicilərin əməyini yüksək qiymətləndirib və bir neçə insanın həyatını xilas etdikləri üçün onlara təşəkkürünü bildirib. Bildirək ki, erməni xilasedicilər fevralın 8-dən hadisə baş vermiş ərazidədirlər. Xilasedicilər əraziyə Ermənistan-Türkiyə quru sərhəddi ilə gətiriliblər.

Onu da qeyd etmək lazımdır ki, təbii fəlakət zonasına Ermənistan tərəfindən 28 xilasedici, 100 ton isə yardım gətirilib. Məqsəd ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər normallaşsın, başlanmış danışıqlar isə davam etdirilsin. Mirzoyan həmçinin “Ani” körpüsünün təmiri ilə də bağlı danışıb. Əlavə olaraq zəlzələdə həlak olanların ailələrinə baş sağlığı da verib”.

A.Nağıyevin sözlərinə görə, Ermənistan-Türkiyə yaxınlaşması Ermənistan-Azərbaycan münasibətlərinə də müsbət təsir edə bilər:

“Onu da vurğulayım ki, Ermənistan-Türkiyə yaxınlaşmasından Azərbaycana hər hansısa bir ciddi problem yaranmır. Çünki bu ermənilərə daha çox lazımdır. Ermənilərin iqtisadi və başqa problemlərini həll etmək üçün ata biləcəkləri ən ciddi addımlardan biri ola bilər. Ermənistan-Türkiyə münasibətlərinin pozulması, sərhədin bağlanması Qarabağ münaqişəsinə görə idi. Hazırda demək olar ki, Qarabağ münaqişəsi öz həllini tapıb. Həmçinin Ermənistan-Azərbaycan arasındakı münaqişə sona çatmaq üzrədir. Mən belə düşünürəm ki, Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsi ancaq müsbət təsirləri ola bilər”.

Onu da qeyd edək ki, 35 ildən sonra ilk dəfə Ermənistan-Türkiyə arasındakı quru sərhəddi açılıb. Mirzoyan bunun simvolik addım olduğunu bildirib.

Paylaş:
643

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər