Azərbaycanın şəkər ixracı artıb
Bu ilin yanvar ayı ərzində Azərbaycan 4 mln. 773 min dollar dəyərində 6 min 398.84 ton şəkər ixrac edib.
1news.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 2.5 dəfə və ya 2 mln. 895 min dollar, həcmi isə 2.3 dəfə və ya 3 min 610 ton artıb. 2022-ci ilin yanvar ayında Azərbaycandan 1 mln. 877 min dollar dəyərində 2 min 788 ton şəkər ixrac olunub.
Qeyd edək ki, bu ilin yanvar ayında ixrac edilən şəkərin hər tonunun orta qiyməti 746 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 673 dollara bərabər idi.
Xatırladaq ki, cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.25%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.68%-ə bərabər olub.