Deputat: “Azərbaycan Cənubi Qafqazda qarşısına qoyduğu bütün hədəflərə çatacaq” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan Cənubi Qafqazda qarşısına qoyduğu bütün hədəflərə çatacaq”

Aynurə Xudaverdiyeva16:10 - 20 / 02 / 2023
Deputat: “Azərbaycan Cənubi Qafqazda qarşısına qoyduğu bütün hədəflərə çatacaq”

"Hazırda beynəlxalq təşkilatların çoxu Ermənistanı yazıq, aciz kimi qələmə verirlər. Halbuki uzun illər Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmuşdu".

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin Deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə, Azərbaycan nümayəndə heyətinin təmsil olunması Azərbaycanın yerinin beynəlxalq arenada nə qədər yüksək səviyyədə olmasını sübut etdi.

"Bütün bunlarla yanaşı Azərbaycan bütün platformalarda sülh və əminamanlığa daha çox töhfə verən dövlətlərdən biri kimi tanınır. Mən düşünürəm ki, İlham Əliyevin səsləndirdiyi fikirlər və problemlərin həlli ilə bağlı sərgilədiyi mövqe, beynəlxalq ekspertlər və təşkilatlar tərəfindən müsbət dəyərləndirilir. Azərbaycan böyük platformalarda uzun illər idi ki, erməni təcavüzünə son qoyulmasını tələb edirdi".

N.Həmzəyev deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbayacana qarşı etdiyi təcavüzə göz yumurdu:

"Azərbaycan öz gücü hesabına torpaqlarını azad etdi. Hazırda beynəlxalq təşkilatların çoxu Ermənistanı yazıq, aciz kimi qələmə verirlər. Halbuki uzun illər Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmuşdu. Ermənilər onlara yaradılan şəraitdən istifadə etməli və Cənubi Qafqazda sülh və əminamanlığın yaranması üçün çalışmalıdırlar. Xüsusilə bu konfransda İlham Əliyevin keçirdiyi görüşlər onu deməyə imkan verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edən dövlətdir. Azərbaycanın əməkdaşlığa açıq olduğu da məlumdur. Azərbaycan əməkdaşlıqda sadiqlik nümayiş etdirə bilir. Bunu Azərbaycan sözdə yox əməldə sübut edir. Yaxın gələcəkdə Azərbaycan Cənubi Qafqazda qarşısına qoyduğu bütün hədəflərə çatacaqdır".

Paylaş:
692

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər