Azərbaycan nefti bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

10:13 - 04 / 03 / 2023
Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft cüzi bahalaşıb.

1news.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,37 ABŞ dolları və ya 0,43% artaraq 87,08 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər